Estoniya - Azərbaycan matçının vaxtı dəqiqləşdi
17.10.2013 - 16:25
 Estoniya  - Azərbaycan matçının vaxtı dəqiqləşdi
Azərbaycan yığmasının növbəti oyununun başlanma saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, millimiz noyabrın 15-də Tallinndə Estoniyanın qonağı olacaq.

Komandalar 9692 tamaşaçı tutumuna malik olan “A. Le Kok Arena”da qarşılaşacaq. Yoldaşlıq oyunu Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Qeyd edək ki, buna qədər Estoniya və millimiz 7 dəfə yoldaşlıq oyunu və beynəlxalq turnir çərçivəsində üz-üzə gəlib. Bunlardan 2-də estonlar, 1-də isə biz qalib gəlmişik. Qalan 4 görüş sülhlə bitib.