“Qəbələ” “Rubin”lə bərabərə qaldı
17.10.2013 - 18:04
“Qəbələ” “Rubin”lə bərabərə qaldı
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Young Talents Cup” turnirində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, turnirdə iştirak edən “Qəbələ” U-12-si “Rubin”lə görüşüb.

Təmsilçimiz bu görüşdə 1:1 edib. Kazan təmsilçisi ilə edilən bərabərlik “Qəbələ”nin ilk xalı olub.

Qeyd edək ki, “Qəbələ” bundan öncə “Yanq Talants Tim”ə 0:5 hesabı ilə uduzmuşdu. Sabah isə “qırmızı-qaralar” Kirov “Dinamo”su və “Baltika” ilə qarşılaşacaq. Həmin görüşlər müvafiq olaraq bizim vaxtla saat 11:40 və 13:00-dadır.

Young Talents Cup 2013
C qrupu


1
Yanq Talants Tim
2
2
0
0
8-1
6
2
Baltika
2
2
0
0
6-0
6
3
Rubin
3
0
2
1
2-5
2
4
Qəbələ
2
0
1
1
1-6
1
5
Dinamo
3
0
1
2
2-7
1