Komanda kapitanı Neymara görə cəzalandırıldı
17.10.2013 - 20:43
UEFA Nizam-İntizam Komitəsi Şotlandiya təmsilçisi “Seltik”in futbolçusu Skott Braunu 3 oyunluq cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna səbəb komanda kapitanının “Barselona” ilə oyunda ulduz futbolçu Neymara qarşı kobud qayda pozuntusuna yol verməsidir.
Belə ki, Braun həmin epizoda görə qırmızı vərəqə ilə cəzalandırılsa da, komitə bu hərəkətin çox sərt olduğunu müəyyənləşdirib. Digər tərəfdən şotlandiyalı futbolçu cəzasını yüngülləşdirmək üçün apelyasiya şikayəti edə bilər.
Qeyd edək ki, Çempionlar Liqası qrup mərhələsi çərçivəsində keçirilən “Seltik” – “Barselona” qarşılaşması 0:1 hesabı ilə ispan klubunun xeyrinə başa çatmışdı.

0
0