Abışovun klubunda yeni müqavilə - VİDEO
17.10.2013 - 21:10
Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun da çıxış etdiyi “Rubin” kapitanı Gökdəniz Qaradənizlə müqavilə yeniləyib. Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Kazan təmsilçisi türkiyəli yarımmüdafiəçisi ilə 2015-ci ildə başa çatacaq anlaşmanı 1 il daha uzadıb. Bununla da Qaradəniz 2016-cı il mayın 31-nə kimi Rusiya klubunun şərəfini qoruyacaq.
Yeni anlaşma ilə bağlı fikirlərini açıqlayan təcrübəli futbolçu ömrünün sonuna qədər “Rubin”ə xidmət etmək istədiyini bildirib. O, bu müqavilənin əslində formal xarakterli olduğunu və Kazan təmsilçisini həmişə öz komandası olaraq gördüyünü deyib.
Qeyd edək ki, Gökdəniz 2008-ci ildə Türkiyənin “Trabzonspor” klubundan “Rubin”ə transfer olunub.

0
0