Maradona “Napoli” ilə bağlı hansı arzusunu reallaşdırmaq istəyir?
17.10.2013 - 21:58
Maradona “Napoli” ilə bağlı hansı arzusunu reallaşdırmaq istəyir?
Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona sabiq klubu “Napoli” ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan Maradona hazırkı baş məşqçisi Rafa Benites getdikdən sonra İtaliya təmsilçisini çalışdırmaq istədiyini bildirib:

“Rafa Benites vəzifəsindən ayrıldıqdan sonra “Napoli”ni çalışdırmaq istəyirəm. Bu mənim arzumdur. Niyə də işləməyim? Mən İspaniya, İtaliya, İngiltərə, hətta Rusiyada komanda çalışdıra bilərəm”.

Qeyd edək ki, Maradona 1984—1991-ci illərdə futbolçu olaraq “Napoli”də çıxış edib.