Flavinyo: “Rəvan”la oyundan mütləq 3 xalla ayrılmalıyıq
18.10.2013 - 01:17
Flavinyo: “Rəvan”la oyundan mütləq 3 xalla ayrılmalıyıq
“Şənbə günü çempionatda yaranmış fasilə başa çatır. Bu tur rəqibimiz olan “Rəvan”ı səfərdə məğlub etmişdik. Həmin görüşdə rəqib əsasən müdafiədən oynamağa çalışırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Flavinyo klub saytına açıqlamasında deyib.

Braziliyalı yarımmüdafiəçi Növbəti turdakı “Rəvan”la oyun barədə fikirlərini açıqlayıb: “Eşitdiyimə görə “Rəvan”a yeni baş məşqçi təyin olunub. Bəlkə də onların ifasında fərqli oyunun şahidi olduq. İstənilən halda ilk dəqiqələrdən etibarən sona kimi var qüvvəmizlə oynamalıyıq. Məqsədimiz doğma meydanda da qələbə qazanmaqdır. Liderlər qrupundakı mövqeyimizi möhkəmlətmək üçün bu oyundan mütləq 3 xalla ayrılmalıyıq”.