Droqba: “Qızıl ayaq” mükafatını almağımda türklərin böyük rolu var - VİDEO
18.10.2013 - 02:15
Droqba: “Qızıl ayaq” mükafatını almağımda türklərin böyük rolu var - VİDEO
2003-cü ildən bəri 28 yaşdan yuxarı futbolçuya verilən "Qızıl ayaq" (Golden foot) mükafatının builki sahibi “Qalatasaray”ın ulduz futbolçusu Didye Droqba olub. Apasport.az saytının məlumatına görə, fildişi sahilli hücumçu səsvermədə onu dəstəkləyən bütün azarkeşlərinə təşəkkür edib.

Droqba bu mükafatı almağında böyük rol oynayan türkiyəli futbolsevərə xüsusi olaraq minnətdarlığını bildirib: “Çox xoşbəxtəm. Çünki mənim üçün qürurverici hadisədir. Bildiyiniz kimi, bu mükafatı qazanan böyük futbolçular var. Onlarla eyni siyahıda yer almaq mənim üçün tarix yazmaq kimi bir şeydir. Mənə dəstək verən hər kəsə təşəkkür edirəm. Mənə səs verənlərin arasında “Qalatasaray”, “Marsel”, “Qenqam”lı azarkeşlərə və dünyadakı bütün məni sevən pərəstişkarlarıma minnətdaram. Sadəcə “Qalatasaray”lılara deyil, bütün türkiyəli azarkeşlərə təşəkkür edirəm. Bu onların mükafatıdır”.