“Milan” “Barselona”nın qarşısına Balotellisiz çıxa bilər
18.10.2013 - 02:44
“Milan” “Barselona”nın qarşısına Balotellisiz çıxa bilər
“Milan” klubu “Barselona” ilə oyun öncəsi ciddi itki ilə üzləşib. Apasport.az saytı yerli KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisinin ulduz futbolçusu Mario Balotelli zədələnib.

Belə ki, ötən gün komandası ilə birgə məşqə çıxan 23 yaşlı hücumçunun sağ baldırında ağrılar meydana gəlib. Çalışmasını davam etdirə bilməyən Qana əsilli italiyalı futbolçu meydançanı tərk edib.

Klubdan verilə açıqlamada da Balotellinin zədəli olması təsdiqlənib. Rəhbərlik onu ətraflı müayinədən keçirəcəklərini və ən qısa zamanda yaşıl meydanlara qaytaracaqlarını deyib.

Qeyd edək ki, “Milan” – “Barselona” qarşılaşması oktyabrın 22-də İtaliyada keçiriləcək.