“Beşiktaş”da şad xəbər: zədəlilər sıraya döndü - FOTO
18.10.2013 - 04:24
“Beşiktaş”da şad xəbər: zədəlilər sıraya döndü - FOTO
Türkiyə Superliqasının VIII turu çərçivəsində “Rizespor”la qarşılaşacaq “Beşiktaş”a zədəli futbolçularında şad xəbər alıb. Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul klubunda Manuel Fernades, Tolqa Zəngin və Oğuzhan Özyakub ötən gün komanda ilə birlikdə məşq edib.

Məlumatlara görə baş məşqçi Slaven Biliç bu əsas heyət oyunçularına Rize təmsilçisi ilə matça şans verəcək.

Qeyd edək ki, “Beşiktaş” – “Rizespor” qarşılaşması oktyabrın 21-də İstanbulda keçiriləcək.