Sabiq “Qalatasaray”lı həm qovuldu, həm polisə düşdü
18.10.2013 - 06:40
“Qalatasaray”ın sabiq futbolçusu Qabriel Tamaş arzuolunmaz hadisələrlə üzləşib. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni klubu ilə müqaviləni dostları ilə qeyd etmək istəyərkən davaya qarışıb.
Belə ki, “Vest Bromviç”dən ayrıldıqdan sonra bir müddət komandasız qalan 29 yaşlı müdafiəçi ölkəsinin “ÇFR Kluj” klubu ilə anlaşmışdı. Elə həmin gün dostları ilə yeni müqaviləni qeyd etmək üçün restorana gedən Tamaş həddən artıq spirtli içki qəbul edib. Sərxoş halda oradakı digər müştərilərlə mübahisə edən rumıniyalı oyunçu dava salıb. Hadisəyə müdaxilə edən təhlükəsizlik əməkdaşları isə futbolçunu polis məntəqəsinə aparıb. Bundan xəbər tutan klub rəhbərliyi isə Tamaşla olan müqavilənin ləğv olunduğunu açıqlayıb.
Qeyd edək ki, Qabriel Tamaş 2003 – 2004 mövsümündə Türkiyənin “Qalatasaray” klubunda çıxış edib.

0
0