“Məğlubiyyətdə heç kimi günahlandırmaq olmaz”
18.10.2013 - 08:02
“Məğlubiyyətdə heç kimi günahlandırmaq olmaz”
“Slovakiya ilə oyunumuz çox gərgin keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 15 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının məşqçisi Rikardo da Silva deyib.

İspaniyalı mütəxəssis Yeniyetmələrin Olimpiya Oyunlarının İsveçrədə keçirilən seçmə turnirinin finalında baş tutan Azərbaycan – Slovakiya oyunu haqda fikirlərini bildirib. Baş məşqçi Patrisiya Qonzalesin köməkçisi yetirmələrindən razı qalıb: “Bütün komandanın üzərində gördüyümüz iş üçün böyük məsuliyyət var idi. Belə bir gərginliyin olmasına baxmayaraq komandamız yaxşı oynadı. Məğlubiyyətdə heç kimi günahlandırmaq olmaz. Bütün oyunçularımız meydanda bacarıqlarını tam nümayiş etdirdi”.

Qeyd edək ki, yığmamız Slovakiyaya 0:1 hesabı ilə uduzub.