“Azərbaycanlılar bu qoldan sonra irəli də getmirdilər”
18.10.2013 - 09:10
“Azərbaycanlılar bu qoldan sonra irəli də getmirdilər”
“Oyundan sonra bütün fikirlərim qalib gələ bilməməyimizlə bağlı idi. Məyusluq hissi yaşayırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin futbolçusu Aleksandr Kokorin deyib.

DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycan – Rusiya oyununun 1:1 hesabı ilə bitməsinə üzülən gənc hücumçu “Bakcell Arena”ya toplaşan azarkeşlərin sədalarını qələbə qazanmaqla cəzalandırmalı olduqlarını düşünür: “Tamaşaçıların Rusiya himni səslənən vaxt və ümumiyyətlə oyun boyu özlərini necə apardığını nəzərə alsaq, 3 xal qazanmağa borclu idik. Qarşılaşmadan sonra Fabio Kapello çox sərt danışdı. Baş məşqçi təkcə 90-cı dəqiqədə qol buraxmağımızdan narazı deyildi. Onun narazılığı çoxluqda oynayıb 2-ci qolu vurmamağımızla bağlı idi. Bərabərlik qolundan sonra hamımız başa düşürdük ki, heç bir halda 2-ci topu buraxmayacağıq. Özünüz də gördünüz ki, azərbaycanlılar bu qoldan sonra irəli də getmirdilər”.