Qırğızıstan millisinin futbolçusu xəstəxanalıq olub
18.10.2013 - 10:25
Millimizin noyabrda keçirəcəyi yoldaşlıq oyunlarında rəqiblərindən olan Qırğızıstan yığmasının aparıcı oyunçularından biri zədələnib. Apasport.az saytının məlumatına görə, Tacikistanla oyunda 31-ci dəqiqədə əvəzlənərək meydandan çıxan Valeri Kiçin xəstəxanalıq olub.
21 yaşlı müdafiəçinin onurğasındakı köhnə zədəsini yenilədiyi bildirilir. Kiçin icarə əsasında çıxış etdiyi Dzerjinsk “Ximik”inin bu gün “Alaniya” ilə keçirəcəyi oyun üçün də Vladiqafqaza aparılmayıb.
Qeyd edək ki, millimiz Qırğızıstanla noyabrın 19-da qarşılaşacaq. Görüş paytaxt Bişkekdə keçiriləcək və bizim vaxtla saat 14:00-da başlayacaq.

0
0