II dövrə başlayır: Şahin Diniyevin debütü necə alınacaq?
18.10.2013 - 10:59
II dövrə başlayır: Şahin Diniyevin debütü necə alınacaq?
Sabah Topaz Premyer Liqasında X turun görüşlərinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək turun qarşılaşmaları ilə çempionatın II dövrəsi başlayacaq.

Milli komandaların oyunları üzündən yaranan fasilədən sonra baş tutacaq turun ilk 2 qarşılaşması “Neftçi” və “Xəzər Lənkəran”ın iştirakı ilə olacaq. Oktyabrın 23-də Naxçıvanda Azərbaycan Superkuboku uğrunda matçda üz-üzə gələcək prinsipial rəqiblər vacib sınaq ərəfəsində müsbət əhval-ruhiyyə əldə etməyə çalışacaqlar. Öz oyunlarını Bakıda keçirəcək ölkənin iki iddialı komandası üçün yeni sınaq ərəfəsindəki qarşılaşma da vacibdir.

II dövrəyə “Neftçi” və “Rəvan” arasında paytaxt derbisi ilə start veriləcək. 4 oyundur uduzmayan “ağ-qaralar” xal qazanmaqla bir neçə saatlıq, qələbə ilə ən azı 1 günlük liderliyi ələ keçirə bilər. Şahin Diniyevi baş məşqçi postuna gətirən qonaqlar isə 4 turluq qələbə həsrətinə son qoymağa çalışacaqlar.

Turnir cədvəlinin ikinci yarısında qərarlaşan əyalət təmsilçiləri “Xəzər Lənkəran”la “Simurq” arasında oyun qonaqlar üçün rəqibə çatmaq imkanı yaradacaq. Ardıcıl 5 turdur qapısından qol buraxan lənkəranlılar son 5 matçında uduzmayan rəqibini udmaq əzmindədirlər. Bakıda baş tutacaq oyundakı qələbə “Simurq”u ən azı 1 pillə irəli salacaq. Çünki onlardan öndə qərarlaşan iki komanda bir-birilə qarşılaşacaq.

İlk oyun gününün son matçında “İnter” “Qəbələ”ni qəbul edəcək. Son 2 görüşdə qazandığı qələbələrlə düşdüyü böhrandan çıxan bakılılar liderlik iddiasında olan rəqibini də büdrətməyə çalışacaq. “Neftçi”nin uduzacağı halda, Qəbələ təmsilçisinin zirvəyə qayıtmaq şansı yaranacaq.

Sumqayıtda isə turnir cədvəlinin əks qütblərində qərarlaşan komandalar üz-üzə gələcək. Sonuncu pillədən qurtulmağa çalışan “Sumqayıt” zirvəni qorumağa çalışan “Qarabağ”ı büdrətməyə çalışacaq. Sonuncular ilk pillədə qalmaq üçün təkcə qələbə qazanmamalı, “Neftçi”nin darmadağına sevinəcəyi halda, məhsuldarlıq da göstərməlidir. Çünki ağdamlıların 1, bakılıların 5 top fərqi ilə qalib gələcəyi təqdirdə lider dəyişəcək.

Turun ikinci paytaxt derbisində isə “Bakı” AZAL-ı qəbul edəcək. Xal itkisi hər 2 komandanı mövqeyindən edə bilər. “Qəbələ”nin uduzması isə “təyyarəçilər”ə qalib gəlib irəliləmək imkanı yaratmış olacaq.

Topaz Premyer Liqası
X tur
19 oktyabr (şənbə)

16:00 “Neftçi” – “Rəvan”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elman Musayev, Xəlil Hüseynli
“Bakcell Arena” stadionu
I dövrədəki oyun – 2:0

17:00 “Simurq” – “Xəzər Lənkəran”
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Nahid Əliyev, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev
“Bayıl Arena” stadionu
I dövrədəki oyun – 0:0

19:00 “İnter” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəhim Həsənov
“Şəfa” stadionu
I dövrədəki oyun – 2:3

20 oktyabr (bazar)
16:00 “Bakı” – AZAL
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
I dövrədəki oyun – 0:1

16:00 “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni meydança
I dövrədəki oyun – 1:5

komandaoqhmtx
1
Qarabağ
9
5
3
1
14-4
18
2
Neftçi
9
5
3
1
12-6
18
3
Qəbələ
9
5
1
3
14-9
16
4
AZAL
9
4
2
3
9-11
14
5
Bakı
9
4
1
4
16-10
13
6
Simurq
9
3
4
2
8-7
13
7
İnter
9
3
1
5
16-15
10
8
Xəzər L
9
2
4
3
7-9
10
9
Rəvan9
1
3
5
4-19
6
10
Sumqayıt
9
1
2
6
5-15
5

Bombardir: Mindauqas Kalonas (Bakı) - 5 qol