Fabio Kapello “twitter”də Bakıdakı oyunu yada saldı
18.10.2013 - 15:29
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olmuş Rusiya yığmasının baş məşqçisi Fabio Kapello sosial şəbəkə vasitəsilə azarkeşlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, “twitter”də dünyanın hər yerindən olan fanatları cavablandıran italiyalı mütəxəssis oktyabrın 15-də Bakıda keçirilən Azərbaycan – Rusiya qarşılaşmasından da danışıb.
Kapello 1:0 hesabı ilə öndə olduqları matçda qələbəni son dəqiqələrdə əldən vermələrinə qəzəbləndiyini açıqlayıb: “Dünya çempionatının final mərhələsinə yüksələndə, bir az qəzəbli idim. Çünki Azərbaycanla oyunda çoxlu səhvlər buraxmışdıq. Qalib gələndə, qəzəblənmək daha asan olur”.
Klub səviyyəsində çoxsaylı titullar qazanan mütəxəssis onların arasında ən dəyərlisini açıqlayıb: “Real”da qazandığım 2-ci İspaniya çempionluğu daha əlamətdardır. Axı biz “Barselona”nı 9 xal qabaqladıq”.
Kapello Belçikanı Avropanın ən inkişaf edən yığması, Bosniya və Hersoqovinanı sürpriz komanda, braziliyalı Ronaldonu nə vaxtsa çalışdığı ən yaxşı futbolçu adlandırıb.

0
0