“Qəbələ” Rusiyada qrup sonuncusu oldu
18.10.2013 - 15:55
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Young Talents Cup 2013”də C qrupunun oyunlarına bu gün yekun vurulub. Apasport.az saytının məlumatına görə, beynəlxalq turnirdə iştirak edən “Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası qrupu qələbəsiz tamamlayıb.
Belə ki, dünən “Yanq Talants Tim” (0:5) və “Rubin”lə (1:1) qarşılaşmış “Qəbələ” bu gün keçirdikləri matçları məğlubiyyətlə başa vurub. Təmsilçimiz öncə Kirov “Dinamo”suna 0:1, daha sonra isə “Baltika”ya 0:6 hesabları ilə yenilib.
Qeyd edək ki, bu nəticələrdən sonra “qırmızı-qaralar” qrupu sonuncu yerdə tamamlamalı olub. İndi “Qəbələ”nin turnirin 9-24-cü yerlər uğrunda mübarizəsində iştirak edəcək.
Young Talents Cup 2013
C qrupu

1 | Baltika | 4 | 3 | 1 | 0 | 12-0 | 10 |
2 | Yanq Talants Tim | 4 | 3 | 1 | 0 | 9-1 | 10 |
3 | Dinamo | 4 | 1 | 1 | 2 | 3-7 | 4 |
4 | Rubin | 4 | 0 | 2 | 2 | 2-6 | 2 |
5 | Qəbələ (AZƏRBAYCAN) | 4 | 0 | 1 | 3 | 1-13 | 1 |
0
0