Lider qalib gəldi, “Xəzər Lənkəran” büdrədi
18.10.2013 - 19:43
Lider qalib gəldi, “Xəzər Lənkəran” büdrədi
Əvəzedici heyətlərin ölkə birinciliyində X tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə üç görüş baş tutub.

Turun açılış oyununda “İnter” “Qəbələ”ni qəbul edib. Ev sahibi komanda rəqibi 2 cavabsız qolla məğlub edərək zirvədəki yerini möhkəmləndirib.

Doğma meydanda “Xəzər Lənkəran”la qarşılaşan “Simurq” da 2:0 hesabı ilə qalib gələrək üçüncü pilləyə yüksəlib. “Neftçi” isə evdə “Rəvan”la 1:1 bərabərə qalıb.

Əvəzedicilər
X tur

18 oktyabr

"İnter" - "Qəbələ" - 2:0
Daniel Genov, 11, Nurxan Mənsimzadə, 42 (pen.)
“Simurq” - “Xəzər Lənkəran” - 2:0
Oruc Balaşlı, 10; Cavad Kazımov, 79
“Neftçi” - “Rəvan” - 1:1
Mirabdulla Abbasov, 79 - Kamil Nurəhmədov, 54

1 İnter 10 7 1 2 32-12 23
2 Xəzər Lənkəran 10 5 2 3 16-11 17
3 Simurq 10 4 4 2 16-11 16
4 Qəbələ 10 5 1 4 19-18 16
5 Neftçi 10 4 4 2 18-19 16
6 Rəvan 10 3 4 3 17-14 13
7 Qarabağ 9 3 3 3 12-17 12
8 Bakı 9 2 5 2 13-15 11
9 AZAL 9 2 1 6 11-247
10 Sumqayıt 9 0 2 7 8-2 12