“Traktorsazi” Liderlə oyundan xalla ayrıldı
18.10.2013 - 21:30
Futbol üzrə İran çempionatında XIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı azarkeşlərin yaxından izlədiyi Təbrizin "Traktorsazi" klubu Doğma meydanda “Fulad”ı (Xuzistan) qəbul edib.
Erkən qolla önə keçən ev sahibi komanda hesabı sona qədər qoruya bilməyib. Birinci hissədə hərəyə bir qolla kifayətlənən tərəflər. İkinci yarıda da hərə bir dəfə fərqlənib. Sonda meydandan 2:2 bərabərliklə ayrılan Təbriz təmsilçisi çempionatın lideri ilə oyunda xal qazanmağı bacarıb.
Qeyd edək ki, 23 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşan "Traktorsazi" növbəti tur səfərdə “İstiqlal”la (Xuzistan) qarşılaşacaq.
İran 1-ci Liqası
XIII tur
18 Oktyabr
"Traktorsazi" - “Fulad” – 2-2
Səid Dağiği, 14 Mehdi Kərimian, 64 – Lusyano Pereyra, 36 (pen.), Əsmaili Şarifat, 66

0
0