“Fənərbaxça”da daha 1 zədəli
18.10.2013 - 22:30
Zədəli futbolçularından əziyyət çəkən “Fənərbaxça” klubunda bir şok xəbər də Gökhan Könüldən gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bu gün komandası ilə birlikdə hazırlıqlara qatılan təcrübəli müdafiəçi məşqi yarımçıq dayandırıb.
Hazırda “sarı-lacivərdlilər”də zədəli olan Məhmət Topal, Raul Meyreles və Bruno Alvesdən sonra daha bir futbolçunun da sıradan çıxması məşqçilər korpusunu narahat edir. Komanda həkimlərindən verilən məlumata görə, sağ ayağında ağrılar olan Gökhan növbəti turdakı “Ərciyəsspor” matçında forma geyə bilməyəcək.

0
0