Pike: Ronaldoya heyranam
18.10.2013 - 23:58
Pike: Ronaldoya heyranam
“Barselona”nın müdafiəçisi əzəli rəqibləri “Real”ın ulduz futbolçusu Kriştianu Ronaldo haqqında maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, ölkəsinin mətbuatına danışan ispaniyalı futbolçu Ronaldonun çalışma əzminə heyran olduğunu deyib:

“Ronaldo heç dəyişməyib. O yenə mənim əvvəllər heyran olduğum Ronaldodur. Portuqaliyalı futbolçu həmişə istəyir ki, daha yaxşı olsun. O, əsl maşındır. Çox iddialıdır. Özünü inkişaf etdirməkdən heç vaxt bezmir. Bəziləri deyir ki, Ronaldo ən yaxşı futbolçudur, amma o daha yaxşı olmaq istəyir. Elə bu səbəbdən ona hələ də heyranam”.

Qeyd edək ki, Pike 2004—2008, Ronaldo isə 2003—2009-cu illərdə “Mançester Yunayted”ə çıxış edib.