Milimizlə oyundan sonra Kapello kimi söyürdü?
19.10.2013 - 00:48
Milimizlə oyundan sonra Kapello kimi söyürdü?
Rusiya yığma komandasının futbolçusu Aleksandr Kokorin yerli mətbuata maraqlı açıqlamalar verib. Apasport.az yastının məlumatına görə, gənc hücumçu Azərbaycanla oyundan sonra Baş məşqçiləri Fabio Kapellonun əsəbi olduğunu və öz dilində söyüş işlətdiyini deyib.

O, bu barədə komandanın tərcüməçisindən məlumat aldığını bildirib. Kokorin oyunun bərabərə bitməsi belə Rusiyaya sərf edərkən, italiyalı mütəxəssisin kimi, yaxud kimləri söydüyünü, niyə əsəbi olduğunu anlamadığını deyib: “Azərbaycanla oyun başa çatdıqdan sonra elə baş məşqçimiz italiyanca əsəbi şəkildə danışırdı. Biz sonra tərcüməçidən öyrəndik ki, o əslində söyüş işlədirmi. Məncə, bu situasiya yaşanmasa daha yaxşı olardı”.

Qeyd edək ki, Bu ayın 25-də keçirilən Azərbaycan – Rusiya qarşılaşması 1:1 hesablı heç-heçə ilə başa çatıb.