Meksika millisi yeni baş məşqçisinə qovuşdu
19.10.2013 - 04:47
Futbol üzrə Meksika yığma komandasının yeni baş məşqçisinin adı açıqlanıb. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, ölkənin futbol federasiyası “America” klubunun çalışdırıcısı Miqel Errera ilə anlaşıb.
Bununla da, cari ilin 12 sentybrnda Luis Fernando Tenanın vəzifəsindən ayrılmasından sonra müvəqqəti olaraq millini çalışdıran Viktor Manuel Vusetiçin işinə rəsmən son verilib. Vusetiç Panama ilə oyunda qalib gəlsə də, Kosta Rika qarşısındakı məğlubiyyətdən sonra komandadan göndərilib.
Federasiyadan verilən açıqlamaya görə, Braziliyada Keçiriləcək Dünya Çempionatına qatılmaq üçün Yeni Zenlandiya ilə keçiriləcək pley-off matçlarında komandanın baş məşqçi postunda Errera olacaq.
Qeyd edək ki, 45 yaşlı mütəxəssis ötən mövsüm “Amerika”nı Meksika çempionu etmişdi.

0
0