Ançelotti: Kasilyasla bu barədə danışmalıyam
19.10.2013 - 05:29
Ançelotti: Kasilyasla bu barədə danışmalıyam
“Real”ın baş məşqçisi Karlo Ançelotti qapıçı İker Kasilyasın komandadakı vəziyyəti ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatına danışan təcrübəli çalışdırıcı Kasilyasın klubdan ayrılacağı ilə bağlı xəbərlərə aydılıq gətirib.

İtaliyalı mütəxəssis yetirməsindən bu məsələ ilə bağlı heç nə eşitmədiyini, amma onunla artıq bu barədə danışacağını deyib: “Mən Kasilyasla bu barədə danışmamışam. O, böyük qapıçıdır və əsl qapitandır. Kasilyas hətta oynamayanda belə, komandaya kömək edir. Ümid edirəm ki, o “Real”da qalacaq. Çünki bu komandadakı abı-hava üçün çox vacibdir. Hesab edirəm ki, onunla bu barədə danışmalıyam”.

Qeyd edək ki, İker bir neçə gün əvvəl mətbuata açıqlama verərkən “Real”da ona kifayət qədər şans verilməyəcəyi təqdirdə ayrılmaq barədə düşünəcəyini demişdi.