Devid Moyes: Berti Foqtsla birgə səylərimiz fayda vermədi
19.10.2013 - 10:02
Devid Moyes: Berti Foqtsla birgə səylərimiz fayda vermədi
“Berti Foqtsun Şotlandiya yığmasında baş məşqçi olduğu vaxt Ueyn Runini milliyə çağırmaq istədiyini yaxşı xatırlayıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Devid Moyes deyib.

Tanınmış mütəxəssis Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Şotlandiyada çalışdığı vaxt Ueyn Runini milliləşdirmək istəyini açqılamasına münasibət bildirib. Moyes qeyd edib ki, onun özü də “Everton”da rəhbərliyi altında oynayan gənc hücumçunun bu addımı atmasının tərəfdarı olub: “Mən “Everton” klubunda çalışdığım həmin vaxt mən də onun bu komandanı seçməsinin tərəfdarı idim. Runinin Şotlandiya yığmasına cəlb olunmasına vasitəçi olmağa çalışırdım. Onun nənəsinin şotlandiyalı olduğunu bilirdim. Az qala Ueyni bunu etməyə məcbur edəcəkdim. Təəssüf ki, Foqtsla birgə səylərimiz fayda vermədi və biz Runini Şotlandiyada oynamağa razı salmağa nail olmadıq”.