Millimizin geriləmək təhlükəsi
19.10.2013 - 10:50
Millimizin geriləmək təhlükəsi
FİFA noyabrda keçiriləcək yoxlama oyunlarının reytinqə nə dərəcədə təsir edəcəyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının Estoniya və Qırğızıstanla səfərdə keçirəcəyi matçların da dəyəri bəlli olub.

Hər 2 rəqib zəif komanda olduğundan, üstəlik matçlar yoxlama xarakteri daşıdığından bu görüşlər heç də xeyrimizə olmayacaq. Hətta sonuncu rəqibimizin Asiya təmsilçisi olması da ziyanımızadır.

Bütün bunların nəticəsində Estoniya ilə noyabrın 15-dəki görüşdə qələbə 303, heç-heçə 101 xala bərabər olacaq. Asiya təmsilçisi ilə 4 gün sonrakı qarşılaşmada isə bu rəqəmlər müvafiq olaraq 139 və 46,5-ə bərabərdir. Bu rəqəmlər isə ümumi reytinqə təsir edəcək.

Hazırda 407 xalla planetin 88-cisi olacaq Berti Foqtsun yetirmələri 2 qələbə qazansa belə, geriləmək təhlükəsi ilə üzləşəcək. Çünki 2 qələbə birlikdə 407-yə bərabər olan xalımızı 399-a qədər azaldacaq. Nəticədə hardasa 2 pillə geriləməyimiz gözlənilir. Çünki hazırki siyahıda 399 xal yalnız 90-ci yer üçün yetərlidir. Düzdür, FİFA reytinqindəki qonşularımızın da xal itirməsi işimizə yaraya bilər. 2 qələbənin xalımızın azalmasına səbəb olacağı halda digər nəticələrin daha acınacaqlı olması qaçılmazıdır.

Estoniya – Azərbaycan

Qırğızıstan – Azərbaycan

xal

Təxmini yer

2

2

399

90

2

X

391

92

2

1

386

92

X

2

381

92

X

X

372

96

X

1

368

97

1

2

371

96

1

X

363

98

1

1

359

98