“Azərbaycan çempionu ilə oyunda azarkeş dəstəyi vacib amildir”
19.10.2013 - 11:54
“Azərbaycan, Macarıstan və Hollandiya çempionları ilə eyni qrupa düşməyimiz gərgin mübarizə vəd edir. Düşünürəm ki, biz ən güclü qrupa düşmüşük”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliyanın “Sportinq” klubunun futzal departamentinin direktoru Migel Albukerke deyib.
UEFA kubokunun elit-raundunun püşkünü dəyərləndirən klub rəsmisi Azərbaycan çempionu “Araz”la eyni qrupda yer almaqlarından narahatdır. Albukerke D qrupunda “Dördlər finalı”na yeganə vəsiqəyə 3 namizədin olduğunu düşünür: “Qrupumuzda zəif komanda yoxdur. “Sportinq”i çox çətin mübarizə gözləyir. Yalnız Hollandiya “Eyndhoven”i qrup qalibi olmağa namizəd deyil. Əsas mübarizə isə Azərbaycan çempionu “Araz”, Macarıstan təmsilçisi “Qyori” və bizim aramızda gedəcək. Azarkeşləri oyunlarımıza dəvət edirəm. Belə oyunlarda dəstək həlledici amil olur. Əminəm ki, tərəfdarlarımız bizə bu dəstəyi verəcək”.
Qeyd edək ki, Portuqaliyada baş tutacaq D qrupunun oyunları noyabrın 19-24-də baş tutacaq.

0
0