Milinko Pantiç: Görünür, nəsə var ki, AZAL bizdən öndədi
19.10.2013 - 14:40
Milinko Pantiç: Görünür, nəsə var ki, AZAL  bizdən öndədi
“Ağır görüş olacağı dəqiqdi. Çünki AZAL 1 xal bizdən çox toplamaqla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Görünür, nəsə var ki, onlar bizdən öndədi. Belədə hansı rahat qarşılaşmadan danışmaq olar?!” Apasport.az saytının xəbərinə görə, bu sözlər “Bakı”nın baş məşqçisi Milinko Pantiçə məxsusdu.

“Zolaqlılar” Topaz Premyer Liqasının X turunda sabah AZAL-ı qəbul edəcək. Bu qarşılaşma barədə klubun saytına danışan Pantiç ilk dövrədə məğlubiyyətin əvəzini çıxmaq haqda düşünür: “Təəssüf ki, yığmadan qayıdan Kamran Ağayev və Şəhriyar Əliyevin xidmətindən istifadə edə bilməyəcəm. Amma bu bizi ruhdan salmamalıdı. Kim meydana çıxırsa, o da öz vəzifəsini dəqiq anlamalıdı. Çempionatın əvvəlində AZAL-a yenildik. Belədə rəqibdən idman revanşı almaq istəyirik. Əlbəttə, Kamranın yoxluğu bizim üçün böyük itkidi. Qərara gəldik ki, o yenidən cərrahi əməliyyata məruz qalsın. Lakin heyətdə 3 güclü qapıçımız var. Sabah kimə güvənəcəyimi hələ müəyyənləşdirməmişəm”.