Radomel Falkao Hafiz Məmmədovla görüşə körpəsini də gətirdi - FOTO
19.10.2013 - 14:44
Radomel Falkao Hafiz Məmmədovla görüşə körpəsini də gətirdi - FOTO
Dünən Monakonun “Hotel de Paris” otelində "Monako"nun kolumbiyalı ulduzu Radomel Falkao “Bakı”nın prezidenti Hafiz Məmmədovla görüşüb. Apasport.az saytının xəbərinə, dünya şöhrətli forvard görüşə gənc ailəsi və 2 aylıq körpəsi ilə gəlib.

Falkao Hafiz Məmmədovla dostluq münasibətlərinə xüsusi qiymət verdiyini bildirib və "Atletiko"nun qazandıqları uğurlarda Məmmədovun xüsusi payının olduğunu diqqətə çatdırıb. "Monako"nun ulduzu Bakıda keçirdikləri 2 günü, uşaqlara öyrətdikləri “master-klass”ı, qala-gecəni, xüsusilə, Azərbaycan prezidenti İlham Əliyevlə ünsiyyəti daim xoş xatirə ilə yada saldığını bildirib.

Görüşün sonunda Radomel Falkao "Monako"nun formasını Hafiz Məmmədova hədiyyə edib.

fcbaku.com