Tərlan Əhmədov: “Xəzər Lənkəran”a da qalib gəlmək istəyirik
19.10.2013 - 17:41
Tərlan Əhmədov: “Xəzər Lənkəran”a da qalib gəlmək istəyirik
“Neftçi” klubunun məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının X turunun “Rəvan”la oyunundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, gənc çalışdırıcı 2:1 hesablı qələbənin çətinliklə qazandıqlarını söyləyib: “Çətin olacağını öncədən bilirdik. Komandada Şahin Diniyev amili var. Bilirdik ki, fərqli üslubda oynayacaqlar. Ağır qələbə qazanmağımızda da Diniyev amili rol oynadı. Qarşıda Superkubok matçı var. İnşallah, həmin görüşdə “Xəzər Lənkəran”a qalib gəlmək istəyirik”.