Con Toşakın qələbə şərhi və Superkubok istəyi
19.10.2013 - 18:25
“Qarşılaşma bizim üçün çox bərbad başladı. Komanda ilk 15 dəqiqədə gözləmədiyim oyunu sərgilədi”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.
“Ağ-yaşıllar” Topaz Premyer Liqasının X turunda “Bayıl Arena”da “Simurq”un qonağı oldu. Erkən qol buraxmasına baxmayaraq, sonda 2:1 hesablı qələbə qazanan cənub təmsilçisinin çalışdırıcısı oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini açıqlayıb: “Erkən qol buraxsaq da, hələ fasiləyədək nəsə dönüş yaratmağın mümkün olduğunu bilirdim. Nildo zədələnəndən sonra Sakkonini ona görə əvəzlədim ki, bu futbolçular bir-biri ilə yaxşı anlaşırlar. Nildo meydandan çıxandan sonra Sakkonin demək olar meydanda tək heç nə edə bilmirdi. əvəzetmələrim uğurlu oldu, ikinci hissəyə mükəmməl başladıq. Qarşıda “Neftçi” ilə Superkubok oyunu var. Bu komanda ilə 2 dəfə qarşılaşsaq da, 90 dəqiqə ərzində uduzmamışıq. Superkuboku Lənkərana aparmaqyaxşı olardı”.

0
0