Yuri Syomin: “İnter” yüksəlişdədir
19.10.2013 - 20:50
Topaz Premyer Liqasının X turu çərçivəsində səfərdə "İnter"i məğlub edən “Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, rusiyalı mütəxəssis qələbəyə layiq olduqlarını söyləyib: “IX turdan sonra çempionatda uzun müddətlik fasilə yarandı. Hesab edirəm ki, fasilə ərzində çox yaxşı çalışdıq və nəticədə əvvəl zəif çıxış edən müdafiəçilərimiz bu gün çox yaxşı oyun nümayiş etdirdilər. Ümumiyyətlə, komanda şəklində gözəl oyun nümayiş etdirdiyimizi və 3 xala layiq olduğumuzu düşünürəm. Qələbəyə görə şadam. Rəqibimiz "İnter" möhkəm komandadır. Hazırda onlar yüksəlişdədir".
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze isə uduzmalarına baxmayaraq, komandasından razı qalıb: “Məğlub olmağa layiq deyildik. Qol imkanları yaratsaq da, son vuruşu edə bilmədik”.
Xatırladaq ki, “Şəfa” stadionunda keçirilən oyunda “Qəbələ” minimal hesabla qələbə qazanıb – 1:0.

0
0