Nizami Hacıyev: Özüm istəmişdim, mənə belə xoşdur – MÜSAHİBƏ
19.10.2013 - 23:01
“Qəbələ”nin yarımmüdafiəçisi Nizami Hacıyevin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının X turunda “İnter”i 1:0 hesabı ilə məğlub etdiniz. Fikirlərinizi bilmək istərdik.
- Çempionatda fasilə yarananda fiziki məşqlərə üstünlük vermişdik. Çünki rəqibin taktikası haqqında fikirləşirdik. Çox ağır oyun keçdi. Şükürlər olsun ki, qalib gəldik. Bu qələbə bizə çox lazım idi.
- Bu komanda ilə ilk matçda meydana sonradan çıxmış və təxminən 10 dəqiqə oynamışdınız. Bu dəfə isə 90 dəqiqə meydanda oldunuz. İlk dəqiqələrdən sizin meydana atılmağınızın bir səbəbi də sabiq komandanıza qarşı oynamaq istəyini Yuri Syominin görməsi idi?
- Xeyr. Burda elə bir şey yox idi. Bunu onunla bağlamaq düzgün olmazdı.
- Hər halda, əvvəlki matçlarda start heyətində meydana çıxmırdınız...
- Deməli, hazırlıqlar zamanı baş məşqçimizin etimadını doğrultmuşam. Ona görə də bu gün meydana start heyətdə meydana buraxılmışdım. Mən də əlimdən gələni etdim ki, komandam qələbə qazansın.
- “İnter”ə qarşı oynamaq xüsusi hisslər yaradır?
- Əlbəttə ki, neçə illər bu klubun çörəyini yemişəm. Ona görə də “İnter”ə, onun məşqçisi, ofis işçisi, futbolçularına kimi hörmətlə yanaşıram. Amma mən peşəkar oyunçuyam və meydançada öz işimi görməliyəm. Bu gün “Qəbələ”nin çörəyini yeyirəmsə, deməli, bu kluba görə də meydançada ürəyimi verməyə hazıram.
- Qəbələdə 3:2, Bakıda isə 1:0 qalib gəldiniz. Hər iki oyunda “İnter” kimi komandaya qalib gəlmək böyük bir iş sayılmalıdırmı?
- Biz də öz üzərimizdə işləyirik. Oturub istirahət etmirik ki. “Qəbələ”yə futbol oynamağa, onun adını qaldırmağa gəlmişik. Qarşımıza məqsəd qoyulub. Çalışırıq ki, bu məqsədi yerinə yetirək. Bizə göstərilən qayğıya görə klub rəhbərliyinə təşəkkür düşür. Bizim oynamağımız üçün hər cür şərait yaradılıb. Biz də bunun əvəzini layiqincə verməyə çalışırıq.
- İkinci hissədə sabiq komanda yoldaşınız Arif Daşdəmirov simulyasiya edib yerdə qalanda onun üzərinə şığımağınız təəccüblü qarşılandı. Həmin epizodda emosiyalarınızı cilovlaya bilmədiniz?
- Bu, meydanda olan şeydir. Mən emosiyalarımı ona gülümsəyərək bildirdim. Onunla aramızda mübahisə ola bilməz. Neçə illər U-21, əsas milli və “İnter”də bir yerdə olmuşuq. Ancaq meydanda mənim üçün oyunçunun fərqi yoxdur. İstəyir doğma qardaşım olsun, rəqibdirsə, deməli, o mənim üçün rəqibdir.
- Formanızın arxasında “Nizi” yazılması bir qədər söz-söhbətə səbəb olmuşdu. Ləqəbinin formanızda yazılmasını özünüz istəmişdiniz?
- Bəli, özüm istəmişdim, mənə belə xoşdur. Çünki məni bütün yaxın və tanışlarım “Nizi” deyə çağırır. Ona görə də belə qərara gəldim ki, formanın arxasına belə yazdırım.
- “İnter”də oynadığınız vaxt Polşanın “Poqon” və “Korona” klublarından təklif almışdınız. Artıq bu variantlar köhnəlib?
- Yox, bilmək olmaz. Hər şey hələ qabaqdadır. Görək nə olur. Yaxşı olmalıdır. Hələ Avropada oynamağa görə heç nə itirməmişəm. Ola bilsin ki...
- Eyni klublardan yenə təklif almaq ehtimalınız var?
- Eyni klublar da olmasa, başqa variantlarım hazırda var. İlk növbədə öz üzərimdə işləməliyəm.
- Aldığınız təkliflər Polşadandır?
- Polşadan da, başqa ölkələrdən də var. Hələ ki oyunum özümü qane etmir. Çünki 6 ay futbol oynamamışdım. Birdən-birə fiziki formanı 100 faiz bərpa etmək çox çətindir. Hələ Avropaya getməyə vaxtımız var.
Səbuhi TOFİQOĞLU

0
0