Nduka cəzalandı, Subaşiçin komandası zirvədə
21.10.2013 - 08:00
Türkiyə çempionatının I liqasında IX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycanın 7 futbolçusundan yalnız ikisi meydana çıxıb. Digər 2 oyunçumuz isə bu gün forma geymək şansı qazana bilər.
Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” öz meydanında digər həmyerlimiz Davud Kəriminin şərəfini qoruduğu “Fəthiyəspor”u qəbul edib. Milliləşən serbiyalının 90 dəqiqə meydanda olduğu matçda onun komandası qalib gəlib – 3:0. Kərimi isə yenə “18-liy”ə düşməyib.
2 milliləşən oyunçumuzun sıralarında olduğu “Tavşanlı Linyitspor” səfərdə “Karşıyaka” ilə qarşılaşıb. 1:1 hesabı ilə bitən görüşdə 90 dəqiqə meydanda olan Usim Nduka sarı vərəqə ilə cəzalanıb. Andrey Popoviç isə “18-liy”ə düşməyib.
Fərid Quliyevin çıxış etdiyi “Kahramanmaraşspor” bu turda istirahət edir. Saşa Yunisoğlu ilə Arif İsayevin formasını geydiyi “Dənizlispor” isə bu gün meydana çıxacaq. Onlar səfərdə “Mersin idman Yurdu”nun qonağı olacaq.
Qeyd edək ki, IX turdan sonra Subaşiçin komandası 1-ci pillədə qərarlaşıb. 8 oyunda 19 xal toplayan “Orduspor”dan fərqli digər təmsilçilərimizin komandaları aşağı pillələrdə - son 4 yerdəki mövqeyində qalıb.

0
0