“İkinci hücumçu kimi çıxış etmək mənə çox rahatdır” - MÜSAHİBƏ
21.10.2013 - 08:43
“Qəbələ” klubunun isveçrəli hücumçusu Daniel Subotiçin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının X turunda “İnter”ə qalib gəldiniz. Qarşılaşma haqqında fikirlərinizi öyrənmək istərdik...
- Rəqibimiz ölkənin ən yaxşı komandalarından biri idi. Ona görə də bu matçda favorit yox idi. “İnter”in müdafiə xətti çox etibarlıdır. Bu komandaya qol vurmaq o qədər də asan deyil. Ancaq biz 1 qol vurub qələbə qazanmağı bacardıq.
- İkinci yarıda rəqib sizdən daha yaxşı oynadı. Bu fikirlə razısınız?
- Müəyyən qədər razıyam. Çünki ilk hissənin sonlarında biz lazım olan qolu vurub, hesabda önə keçmişdik. Ona görə də ikinci hissədə bir qədər müdafiədən oynamağımız normaldır. Ancaq düşünmürəm ki, fasilədən sonra biz təhlükəli hücumlar qurmadıq. Bizim də bir neçə qol vurmaq şanslarımız oldu.
- Vurduğunuz qol gözlənilməz alındı. Siz qolun belə gözəl alınacağını gözləyirdiniz?
- Açığı, topun necə qapıya daxil olmasını görmədim. Çünki qarşımda müdafiəçilər qərarlaşmışdı. Ancaq təxmini bilirdim ki, bu cür vursam, “çərçivə”yə yol tapa bilərəm. Bəxtimdən zərbəm qolla nəticələndi. Yalnız oyunun videotəkrarına baxdıqdan sonra bu qolun gözəl alınıb-alınmadığını deyə bilərəm.
- Hansı komponentlərə görə “İnter”ə qalib gəldiyinizi düşünürsünüz?
- Düşünürəm ki, onlar 3 mərkəz müdafiəçisindən yararlanmaqla bizim cinahlardan daha yaxşı oynamağımıza səbəb oldular. Çünki həmin müdafiəçilər daha çox mərkəzdə çıxış edirdi ki, biz də cinahlardan hücumları daha çox qura bilirdik. Ancaq bununla belə, onlara cəmi 1 qol vura bildik. “İnter”in güclü müdafiə xətti bizi təəccübləndirdi.
- 5 oyuna 3-cü qolunuzu vurdunuz. Bu haqda nə deyə bilərsiniz?
- Mən “Qəbələ”də ikinci hücumçu kimi çıxış edirəm. İşim qol vurmaq və irəlidəki hücumçumuzu topla təmin etməkdi. Çalışıram ki, “Qəbələ”də daha çox qol vurub komandama kömək edim.
- İkinci hücumçu kimi çıxış etmək sizin üçün rahatdır?
- Bəli, çox rahatdır. Məncə, belə oynayanda daha sərbəst olursan. Çünki rəqib oyunçular daha çox irəlidəki oyunçunu təzyiqdə saxlayır. Belədə sənə diqqət ayıran olmur və bu boşluqdan yararlanıb fərqlənmək mümkün olur. Ona görə də mənə ikinci hücumçu qismində qolçuluq keyfiyyətlərimi göstərmək daha asan gəlir.
- Bizim komandalardan hansını daha güclü adlandıra bilərsiniz?
- Bunu demək çətindir. Çünki Azərbaycanda “Neftçi”, “Qarabağ” kimi güclü komandalar var. Ona görə də konkret hansısa ən güclü adlandırmaqda çətinlik çəkirəm. Bu komandalar çox güclü oynayır. Ancaq başqa güclü klublar da var. Məsələn, biz “Simurq”la oynayanda onları yenə bilmədik. Azlıqda qalmalarına baxmayaraq, bizə qarşı çox güclü oyun nümayiş etdirdilər. Burda bütün komandalar güclüdür və ona görə də bu oyunların hər birinə diqqətlə hazırlaşırıq. Bütün komandaların güclü olması çempionatı maraqlı edir.
- “Volın”dan “Qəbələ”yə gəlmisiniz. Ukrayna çempionatı ilə bizimkini müqayisə edə bilərdiniz?
- Ukrayna çempionatı ilə Azərbaycan birinciliyi çox fərqlidir. Çünki orda 3-4 güclü komanda var. “Şaxtyor”, “Dinamo”, “Metallist” və “Dnepr”ə qarşı oynamaq o qədər də asan deyil. Ancaq burda komandaların səviyyəsi demək olar ki, eynidir. Bununla belə, bu müqayisəni 10 tura əsasən aparmaq çətindir. Ancaq ikinci dövrədən sonra, artıq komandalar arasında xal fərqləri yarandıqdan sonra sizin üçün bu 2 çempionat arasında analogiyanı apara bilərəm.
- Siz bura gələndə saç düzümünüz diqqəti cəlb etmişdi. Bu sizin öz saçınızdır, yoxsa saçınızı ağartmaq xoşunuza gəlir?
- Yox, bu mənim öz saçımdır. Ancaq mən ulduzlar və məşhur insanlar kimi görünüşümdə fərqliliklər etməyi xoşlayıram. Saç düzümüm və qollarımdakı tatular həyatımın bir hissəsidir. Futbol isə mənim işimdir.
- Tatularında Azərbaycana aid bir nişanə var?
- Yox, hələ belə bir şey yoxdur (gülür). Ancaq gələcəkdə niyə də olmasın ki?
Səbuhi TOFİQOĞLU

0
0