“Yığma mövzusunda təklif alandan sonra danışarıq” - MÜSAHİBƏ
21.10.2013 - 09:37
Topaz Premyer Liqasının X turunda “Sumqayıt”ın qonağı olan “Qarabağ” qələbə qazanmaqla zirvədəki yerini qorudu. Oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov apasport.az saytının əməkdaşının suallarını cavablandırıb. Gənc çalışdırıcı öncə 3 cavabsız qolla qalib gəldikləri görüşdən danışıb.
- Yaxşı oyun oldu. 3 qol vurub, vacib 3 xal qazandıq. Fikrimcə, ilk yarı ilə müqayisədə fasilədən sonra daha inamlı təsir bağışladıq. Ümumilikdə, nəticədən və oyundan razıyam.
- “Sumqayıt” təbii örtüklü meydançada “Qəbələ” (2:1) və “Xəzər Lənkəran” (1:1) kimi güclü rəqibləri büdrədə bilmişdi. Lakin bu gün meydan sahibləri sizə ciddi müqavimət göstərə bilmədilər. Necə düşünürsünüz, asan qələbə qazanmağınızda qazonun süni olması rol oynadı?
- Həmin meydançanın vəziyyətindən xəbərim yoxdur. Ola bilər ki, bu amil də rol oynadı. Qazon yaxşı olanda, yaradıcı futbol oynamaq asanlaşır. Ancaq orada da oynasaydıq, maksimum nəticə qazanmaq üçün əlimizdən gələni edəcəkdik. Yəni qazonun pis və yaxşı olması həlledici deyil.
- Növbəti turda da səfərdə oynayacaqsınız. Ancaq Lənkəranda sizi bugünkü kimi asan matç gözləmir. Hər halda, “Xəzər Lənkəran” özünə gəlməkdədir. Yeri gəlmişkən, bugünkü oyunu izləyənlər arasında Con Toşak da vardı...
- Oyuna tam hazırlaşmaq üçün bir neçə gün vaxtımız var. İlk dövrədəki qarşılaşmadan sonra da demişdim ki, “Xəzər Lənkəran” turnir cədvəlində qərarlaşdığı yerə layiq deyil. Təcrübəli, ustalıq səviyyəsi yüksək olan futbolçuları var. Baş məşqçiləri də tanınmış simadır. Bizi çətin oyun gözləyir. Lakin buna rəğmən, Lənkəranda oynamaq həmişə xoşdur. Orada əsil futbol ab-havası olur. Azarkeş marağı oyunu daha da baxımlı edir.
- Oktyabrın 23-də “Neftçi” və “Xəzər Lənkəran” arasında Azərbaycan Superkuboku uğrunda görüş keçiriləcək. Qarşılaşmanı izləmək üçün Naxçıvana gedəcəksiniz?
- Getməyi çox istəyirdim, planımda vardı. Ancaq təəssüf ki, şəxsi işlərimlə bağlı oyunu canlı izləyə bilməyəcəyəm.
- “Qarabağ” avrokuboklarda azarkeşlərini sevindirməyə adət etsə də, ölkə çempionu olmaq arzunuz hələ də gerçəkləşməmiş qalır. Əvvəlki mövsümlərdə heyətin yetərsizliyi çıxışınıza müəyyən mənada təsir edirdi. Bəs bu il necə, əlinizdəki heyət hədəfinizə çatmağa imkan verir?
- Təbii, çempion olmaq əsas hədəfimizdir. Ancaq biz heyəti nə qədər düzəltməyə çalışsaq da, rəqiblər də boş oturmur, onlarda ilbəil güclənirlər. İşimizlə məşğuluq, mübarizə aparırıq. İnanıram ki, nəticəsi də olacaq.
- Premyer Liqanın dörddövrəli sistemlə keçirilməsi rəqabəti daha da artırıb. Lakin hazırda çempionluq uğrunda mübarizədə “Neftçi”, “Qarabağ” və “Qəbələ” daha şanslı görünür. Bu fikirlə razısınız?
- Deməzdim, sizinlə həmfikir deyiləm. Məsələn, “Xəzər Lənkəran” göstərdiyi oyunun müqabilində qərarlaşdığı mövqeyə layiq deyil. Çempionatda əsas mübarizə hələ irəlidədir. Asan oyun olmur, hər bir qarşılaşmada xal itirmək mümkündür. Bu gün bizim məğlub etdiyimiz “Sumqayıt” evdə “Qəbələ”, “Neftçi” və “Xəzər Lənkəran”dan xal alıb. “Qarabağ” da büdrəməkdən sığortalanmayıb. Düşünürəm ki, bu mövsümdə mükafatlar uğrunda mübarizə aparan komandaların sayı daha da çoxdur.
- Yəqin ki, milli komanda ilə bağlı da sual verəcəyimi təxmin edirdiniz. Öncə yığmamızın DÇ-2014-ün seçmə mərhələsindəki çıxışını dəyərləndirməyinizi istərdim.
- Çempionatın səviyyəsinin qalxması millinin çıxışına da müsbət təsir göstərməkdədir. Həm yığmamız ilbəil təcrübə toplayır. Seçmə mərhələni 9 xalla başa vurmağımız yaxşıdır.
- AFFA Berti Foqtsa müqaviləni yeniləməyəcəyi halda milli komandamızın baş məşqçisi postuna ən real namizədsiniz. Bir çox adam sizi bu vəzifədə görmək istəyir. Qurban Qurbanov bu çağırışa hazırdırmı?
- Belə deyək, hazırda belə bir təklif yoxdur. İndi nəsə demək düzgün olmaz. Hazırda “Qarabağ”ın baş məşqçisiyəm və diqqətimi bu komandaya yönəltməliyəm. Yığma mövzusunda rəsmi təklif olandan sonra danışa bilərik.
ŞAMO

0
0