Yığmamızda ehtiyatda qaldı, klubunda qol vurdu - FOTO
21.10.2013 - 09:42
Yığmamızda ehtiyatda qaldı, klubunda qol vurdu - FOTO
Millimizin üzvü Əli Gökdəmir “Hannover 96”nın 23 yaşadək futbolçulardan ibarət komandasında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, onun komandası Hamburqda “Viktoriya”nın qonağı olub.

Görüş vurduğu erkən qolları sayəsində Hannover təmsilçisinin qələbəsi ilə başa çatıb. 2-ci dəqiqədə Dirssenlə hesabı açan qonaqlar 11-ci dəqiqədə Əli Gökdəmirin qolu ilə son nöqtəni qoyublar – 2:0. Müdafiədə oynayan Gökdəmir 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, millimizin Şimali İrlandiya və Rusiya ilə görüşlərində ehtiyatda qalan Əli Gökdəmir cari mövsüm klubunda ilk qolunu vurub.