Ukrayna Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirə bilər
21.10.2013 - 10:13
Gələn il keçiriləcək Avropa çempionatının final mərhələsində çıxış edəcək futzal üzrə Azərbaycan millisi Ukrayna ilə yoldaşlıq oyunu keçirə bilər. Apasport.az saytının məlumatına görə, Belçikadakı qitə çempionatında mübarizə aparacaq ukraynalılar belə matçın keçirilməsində maraqlıdır.
Belə ki, Ukrayna Futzal Assosiasiyası milli üçün rəqib axtarışına çıxıb. Onlar Çexiya, Xorvatiya, Serbiya və Azərbaycanla danışıqlar aparır. Ukraynalıların millimizlə dəfələrlə qarşılaşması, ölkəmizə turnirə də gəlməsini nəzərə alsaq, AFFA ilə onların danışıqlarının müsbət nəticələnəcəyini ehtimal etmək olar.
Qeyd edək ki, millimiz Avro-2014-ün qrup mərhələsində Sloveniya və İtaliya ilə mübarizə aparacaq.

0
0