Arif İsayevdə infeksiya tapıldı
21.10.2013 - 10:41
“Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Ev və ya səfər matçları arasında fərq qoyacaq vəziyyətdə deyilik. İtirəcək bir şeyimiz qalmayıb. Edəcəyimiz tək şey 3 xal üçün döyüşməkdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Dənizlispor”un baş məşqçisi Yusuf Şimşək deyib.
Həmyerlilərimiz Arif İsayevlə Saşa Yunisoğlunun şərəfini qoruduğu Dənizli təmsilçisi bu gün Türkiyə çempionatının I divizionunun IX turu çərçivəsində bu gün “Mersin İdman Yurdu”nun qonağı olacaq. Lakin hazırda vətəndə olan İsayevin bu görüşdə forma geyinməyəcəyi dəqiqdir. Şimşək bildirib ki, buna səbəb zədə yox, onun infeksiyaya yoluxmasıdır: “Simac, Sərdar ve Yenalın zədəsi sağalsa da, formada olmadıqları üçün heyətə almadıq. Arif İsayevin isə sidik kanalında infeksiya var, bu səbəbdən oynamayacaq”.
Qeyd edək ki, hazırda Bakıda olan Arif İsayev şənbə günü keçirilən “İnter” – “Qəbələ” oyununu canlı izləyib. O, əməkdaşımızla söhbətində Türkiyəyə oktyabrın 27-də dönəcəyini bildirib.

0
0