Premyer Liqa: Hakimlər pul üzünə həsrət qalıblar
21.10.2013 - 11:22
Premyer Liqa: Hakimlər pul üzünə həsrət qalıblar
Rusiya Premyer Liqasının oyunlarına təyinat alan hakimlər və hakim-inspektorlar iki aydır qonorar üzünə həsrət qalıblar. Apasport.az saytının məlumatına görə, belə bir iddia ilə “Sovetskiy sport” çıxış edib.

Xəbərdə qeyd olunur ki, Rusiya Futbol İttifaqı avqust və sentyabr ayları üçün nəzərdə tutulan qonorarları ödəməyib. Ancaq nədənsə ədalət təmsilçiləri bunu dilə gətirməkdən çəkinirlər. Adının çəkilməsini istəməyən bir referi hələlik gözləmə mövqeyi tutuqlarını söyləyib.

Qeyd edək ki, Rusiya Premyer Liqasında idarəçiliyin müqabilində hər oyuna görə referilər 90 min (3500 manat), yan xətt hakimləri 45 min (1750), ehtiyat hakim 8700 (440), hakim-inspektor isə 15 min (585) rubl qonorar alır.

Müqayisə üçün bildirək ki, Topaz Premyer Liqasının matçlarına təyinat alan referilər 700, yan xətt hakimləri 400, ehtiyat hakim 250, hakim-inspektor isə 300 manat qazanır.