Nizami Sadıqov: Yaxşı xatırlayıram, bu, 1995-ci ildə olub
21.10.2013 - 12:32
“Yaxşı xatırlayıram, bu, 1995-ci ildə olub. Sumqayıtda “Neftçi” ilə qarşılaşırdıq. Ajiotaj böyük idi”. Bu sözləri apasport.az saytına müsahibəsində veteran qapıçımız Nizami Sadıqov deyib.
Bu həftə Azərbaycan futbolunda Superkubok həsrəti başa çatır. Oktyabrın 23-də son ölklə çempionu “Neftçi” ilə kubokun qalibi “Xəzər Lənkəran” Naxçıvanda üz-üzə gələcəklər. Bununla, 18 il 4 aydan sonra ənənəni bərpa ediləcək.
Sonuncu belə oyun 1995-ci il iyunun 23-də baş tutmuşdu. Həmin vaxt “Neftçi” 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında “Turan”ı 10:9 hesabı ilə məğlub etmişdi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən duelin iştirakçılarından olan Sadıqov “lotereyada” bəxtlərinin gətirmədiyini söyləyib: “Oyuna maraq olduqca böyük idi. Qollar kimlərin vurduğu yadımda deyil. Oyunun gedişində penalti qaytarmağıma baxmayaraq, penaltilər seriyasında uduzduq. Səhv etmirəmsə, Yunis Hüseynovun zərbəsini dəf etmişdim. Superkubokun bərpa olunması sevindirici haldır. Əminəm ki, Naxçıvanda “Neftçi” və “Xəzər Lənkəran”ın iştirakı ilə gözəl oyunm olacaq. Hər iki komandaya uğurlar arzulayıram”.
Qeyd edək ki, indiyədək Azərbaycan Superkuboku uğrunda oyun 3 dəfə keçirilib. Bunlardan 2-də “Neftçi”, 1 dəfə isə “Qarabağ” qalib olub.

0
0