Fərid Quliyev İraq klubuna qol vurdu
21.10.2013 - 12:59
Milli komandamızın sabiq hücumçusu Fərid Quliyev uzun müddətdən sonra çıxış etdiyi “Kahramanmaraşspor”da forma geyinib. Apasport.az saytının məlumatına görə, zədədən qayıtdıqdan sonra heç “18-liy”ə düşməyən futbolçu dünən Antalyada keçirilən yoxlama oyunu zamanı meydana çıxıb.
Belə ki, Türkiyənin aşağı dəstə təmsilçisi İraq Premyer Liqası klublarından olan “Suleymani” ilə gücünü sınayıb. Kürdlərin yaşadığı Suleymaniya şəhərinin təmsilçisi ilə görüş türklər üçün 1:1 hesabı ilə başa çatıb. Qarşılaşmada hesabı start heyətində meydana çıxan Fərid Quliyev açıb. O, 25-ci dəqiqədə nigeriyalı hücumçu İzu Azukanın dirəkdən qayıdan zərbəsini qolla nəticələndirib. Ancaq 68-ci dəqiqədə “Suleymani”nin hücumçusu Farhan Şakor tarazlığı bərpa edib.
Qeyd edək ki, Türkiyənin I dəstəsinin debütantı və autsayderi olan “Kahramanmaraşspor” bu tur istirahət etdiyindən Antalyada təlim-məşq toplanışında idi.

0
0