“Millimizin Şimali İrlandiya və Rusiya ilə oyunu çox xoşuma gəldi”
21.10.2013 - 13:14
“Turan”dan ayrıldıqdan bəri işsizəm. Tovuzda yaşayıram. Elə bir yenilik yoxdur. Baxaq görək nə olur. Təklif olsa, məmnuniyyətlə çalışaram”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın sabiq məşqçisi Nizami Sadıqov deyib.
Ötən mövsüm “Turan”da Əfqan Talıbovun köməkçisi olan Sadıqov “Turan”ın adını dəyişərək “Turan T” olmasına münasibət bildirib. Veteran qapıçı məsələ ilə bağlı bunları deyib: “Hazırda klubun içində deyiləm. Orda nə problem var, çətinlikləri nədir, bilmirəm. Ona görə də klubun adının dəyişdirilməsi ilə bağlı bir söz deyə bilmərəm. Klubun rəhbərliyi var, onların işinə qarışa bilmərəm. Ancaq komandanın çempionat oyunlarını izləyirəm”.
Nizami bəy milli komandamızın DÇ-2014-ün seçmə mərhələsindəki çıxışını dəyərləndirməklə yanaşı, Premyer Liqanın yeni mövsümündən də söz açıb: “Həqiqətən bu tsikldə komandamız çox yaxşı oynadı. Xüsusən də, son matçlarda uduzmadıq. Hiss olunur ki, irəliləyiş var. Millimizin Şimali İrlandiya və Rusiya ilə oyunları çox xoşuma gəldi. Çempionata gəlincə, yeni formatda keçirilir. Rəqabət daha da artıb. İndi əksər komandalar mükafatlar uğrunda mübarizə aparırlar. İmkanım daxilində oyunları televiziya vasitəsi ilə canlı izləməyə çalışıram”.
Qeyd edək ki, Nizami Sadıqovun oğlu İlkin də futbolçudur. O, hazırda “İnter”in əvəzedici heyətində yer alıb. Lakin atasından fərqli olaraq, qapıçı yox, hücumçudur.

0
0