“Şahin Diniyev mənimlə prinsip aparırdı” - FOTO
21.10.2013 - 15:56
“Şahin Diniyev mənimlə prinsip aparırdı” - FOTO
“Bizim vaxtımızda millinin baş məşqçisi Şahin Diniyev idi. O da ki, mənimlə prinsip aparırdı, komandaya çağırmırdı”. Bu sözlər apasport.az saytına müsahibəsində yığma komandamızın və “Xəzər Lənkəran”ın sabiq hücumçusu Zaur Ramazanov deyib.

Karyerası ərzinə ölkə çempionatının bombardiri olmağa macal tapan Ramazanovun yığma karyerası uğursuz alınıb.

Klubda qolları sıralayan Zaur millinin heyətində keçirdiyi matçlarda özünü göstərə bilməyib: “Deyirdilər ki, millinin qapıları hamının üzünə açıqdır, amma dəvət göndərmirdilər. Həqiqətən milli karyeram uğursuz alınıb. Hərçənd, iştirakçısı olduğum 3-4 oyunda pis oynamamışam. Gərək bir komandada davamlı oynayasan ki, ortalıqda da bir şey ola. Nə deyim, belə alındığı üçün təəssüflənirəm”.

Qeyd edək ki, Zaur Ramazanov Azərbaycan milli komandasının heyətində 14 oyun keçirsə də, qol vura bilməyib.