Saşa Yunisoğlu “Dənizlispor”un start heyətində
21.10.2013 - 17:28
Saşa Yunisoğlu “Dənizlispor”un start heyətində
Saşa Yunisoğlu ilə Arif İsayevin şərəfini qoruduğu “Dənizlispor” bu gün Türkiyənin 1-ci dəstəsində növbəti matçını keçirəcək. Apasport.az saytının məlumatına görə, Dənizli təmsilçisi səfərdə “Mersin İdman Yurdu”nun qonağı olacaq.

Artıq bu görüşlərdə futbolçularımızdan hansının oynayacağı da dəqiqləşib. Belə ki, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq görüşdə Saşa Yunisoğlu yenə start heyətində yer alacaq. Arif İsayev isə zədəsinə görə hazırda Bakıda olduğundan, “18-lik”də görünməyəcək.

Qeyd edək ki, “Dənizlispor”un baş məşqçisi Yusuf Şimşək Türkiyə mətbuatına verdiyi açıqlamasında Arif İsayevin sidik kisəsində infeksiyanın olduğunu bildirsə də, ilkin müayinələrdən sonra məlum olub ki, futbolçumuzun qasıq nahiyəsinə qan yığılıb.