“Qəbələ” “Kuban”a yenildi
21.10.2013 - 17:42
“Qəbələ” “Kuban”a yenildi
Rusiyanın Sankt-Peterburq şəhərində 12 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən "Young Talents 2013" turnirinə yekun vurulub. Apasport.az “Qəbələ”nin rəsmi saytına istinadən xəbər verir ki, təmsilçimiz turnirin əsasnaməsinə görə 17-20-ci yerlər uğrunda D qrupunun sonuncusu DYSH 3 (Gürcüstan) kollektivi ilə qarşılaşıb.

Qaqra klubu ilə maraqlı mübarizə şəraitində keçən matç 2:2 hesabilə sona çatıb. "Qırmızı-qaralar"ın heyətində Rauf Məhərrəmov və Nihad Bağırov fərqlənib. Qalib müəyyənləşmədiyindən, tərəflər penalti duelində üz-üzə gəlib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Abxaziya təmsilçisi 4:1 hesabı ilə qalib qəlib.

Turnirin son günündə isə "Qəbələ" 19-cu yer uğrunda mübarizədə "Kuban"la (Krasnodar, Rusiya) qarşılaşıb. Matç rusiyalıların 3:0-lıq qələbəsi ilə bitib. Beləliklə, "Qəbələ"nin U-12 komandası turniri sonuncu pillədə tamamlayıb.

Qeyd edək ki, qızıl medallara finalda Tolyattinin Konoplov Akademiyasını 3:1 hesabı ilə məğlub edən Kiyev "Dinamo"sunun futbolçuları sahib çıxıb.