Argentinalı hücumçu: “Real”da Benzema da eyni problemlə qarşılaşıb
21.10.2013 - 17:58
“Hər bir hücumçuda belə "qara zolaq” yaşana bilər. "Real”da Karim Benzema da eyni problemlə qarşılaşıb. Təbii, qol vurmamağım üzərimdə əlavə təzyiq yaradırdı”. Apasport.az saytının məlumatına görə, bunu “Rəvan”ın argentinalı hücumçusu Xuan Varea deyib.
"Rəvan”ın heyətində ötən mövsüm sərgilədiyi oyunla seçilən Varea cari "futbol ili”ndə bir qədər kölgəyə çəkilmişdi. Elə buna görə də argentinalı forvard cari çempionatda ilk qolunu vurmaq üçün 583 dəqiqə gözləməli olub. Nəhayət, o, "Neftçi” ilə oyunda hesabı açmaqla "qara zolaq”dan çıxa bilib.
168 günlük qol həsrətinə son qoymuş Varea klubun rəsmi saytına danışıb: “Şadam ki, bu yükün altından çıxdım. Amma təəssüf edirəm ki, komandamız uduzdu. Bununla belə, gələcəyə ümidlə baxıram. Əvvəllər də bir yerdə oynadığım Kristian Torreslə daha yaxşı anlaşaraq qollarımı sıralayacağıma ümid bəsləyirəm. Bu, baş versə, komandaya daha çox xeyir vermiş olaram. İstənilən halda, əsas məqsəd komandanın uğurudur. Belədə biz futbolçular da fərqlənəcəyik”.
Qeyd edək ki, Varea 8-ci dəqiqədə hesabı açsa da, “Neftçi” görüşdən 2:1 hesabı ilə qalib ayrılıb.

0
0