Braziliyalı canlı əfsanə DÇ-2014-də İspaniya və Almaniyanı favorit sayır
21.10.2013 - 20:07
Braziliyalı canlı əfsanə DÇ-2014-də İspaniya və Almaniyanı favorit sayır
Braziliya futbolunun canlı əfsanəsi Ronaldo 2014-cü ildə ölkəsində keçiriləcək Dünya Çempionatı ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az-ın məlumatına görə, FİFA-nın rəsmi saytına danışan sabiq futbolçu dünya kuboku uğrunda mübarizədə İspaniya və Almaniya millilərini favorit hesab etdiyini deyib:

“Almanlar və ispanlar son vaxtlar əla futbol nümayiş etdirirlər. Bu səbəbdən onları dünya kuboku uğrunda mübarizədə əsas namizədlər saymaq olar. Braziliya yığmasına gəldikdə isə, komandamız Konfederasiyalar Kubokunda inamlı oyun göstərdi və kuboku qazandı. Düşünürəm ki, bu mübarizəni 2014-cü ildəki çempionatda da göstərəcəklər. Həm də ki turnir bizim ölkədə keçiriləcək. Ona görə də mən əminəm ki, Braziliya millisi bizi utandırmayacaq”.