“Borussiya” ilə oyun öncəsi “Arsenal”da ciddi itki
21.10.2013 - 22:21
İngiltərə təmsilçisi “Arsenal”ın futbolçusu Matye Flamini Çempionlar Liqasının qrup mərhələsində sabah keçiriləcək “Borussiya” ilə oyunda çıxış edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, bu barədə yerli KİV-ə danışan London klubunun baş məşqçisi Arsen Venger deyib.
Belə ki, 29 yaşlı yarımmüdafiəçi Premyer Liqanın VIII turundakı “Norviç”lə keçirilən qarşılaşmada zədələnmişdi. Venger Dortmunt klubu ilə matçda da heyətdə yer almayacaq fransalı futbolçunun beş gün istirahət etməli olduğunu deyib: “Flamini son vaxtlar inamlı təsir bağışlayır. Bugünkü idmanımızda iştirak etdi, amma sabah oynamayacaq. Bu zədədən sonra onun beş günlük istirahətə ehtiyacı var və biz də buna hörmətlə yanaşmalıyıq”.
Qeyd edək ki, Matye bu yay İtaliyanın “Milan” klubundan “Arsenal”a transfer olunub.

0
0