Saşa Yunisoğlu oynadı, “Dənizlispor” 3 xal qazandı
21.10.2013 - 23:55
Saşa Yunisoğlu oynadı, “Dənizlispor” 3 xal qazandı
Türkiyə PTT Birinci Liqasında IX turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, günün yeganə matçında azərbaycanlı futbolçular Arif İsayev və Saşa Yunisoğlunun çıxış etdiyi “Dənizlispor” səfərdə “Mersin İdman Yurdu” ilə üz-üzə gəlib.

Görüş qonaqların 0:1 hesablı qələbəsi ilə başa çatıb. Dənizli təmsilçisinin yeganə qoluna 51-ci dəqiqədə Bülənt Ərtuğrul imza atıb.

Hazırda zədəli olan millimizin yarımmüdafiəçisi İsayev bu matçda çıxış etməsə də müdafiəçimiz Yunisoğlu start heyətdə meydana çıxıb və sona qədər mübarizə aparıb.

Qeyd edək ki, “Dənizlispor” hazırda 8 xalla turnir cədvəlinin 16-cı pilləsində yer alır.