“Beşiktaş” xal itirdi, “Bursaspor” evdə sevindi
22.10.2013 - 00:57
“Beşiktaş” xal itirdi, “Bursaspor” evdə sevindi
Türkiyə Superliqasında VIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə iki görüş baş tutub.

"Beşiktaş" evdə "Rizespor"la üz-üzə gəlib. Meydana 3 xal qazanmaq məqsədi ilə çıxan İstanbul klubu bu istəyinə nail ola bilməyib. “Ağ-qaralar” 90 dəqiqə ərzində hesabı aça bilməyib və oyunu qolsuz heç-heçə ilə başa vurub.

Doğma azarkeşləri qarşısında “Kayserispor”u qonaq edən “Bursaspor” isə qələbə ilə sevinib. “Timsahlar” rəqibi 2:0 hesabı ilə məğlub edib.

Turun digər qarşılaşmalarında da maraqlı qarşılaşmalar keçirilib. Doğma arenada “Karabükspor”u sınağa çəkən “Qalatasaray” yeni baş məşqçisi ilə ilk qələbəsini qazanıb. “Sarı-qırmızılar” rəqibi ulduz futbolçusu Uesley Sneyderin qolları ilə 2:1 hesabı ilə məğlub edib. Turnir cədvəlinin zirvəsində yer alan “Fənərbaxça” da həftəni xal itirmədən başa vurub. Ərsun Yanalın yetirmələri səfərdə “Ərciyəsspor”u 2 qolla üstələyib.


Türkiyə Superliqası
VIII tur

19 oktyabr


"Elazığspor" - "Əskişəhərspor" - 0:2
Alfred, 45 (pen.), Xorquera, 49
"Gənclərbirliyi" - "Kasımpaşa" - 1:3
Çalık, 7 - Viudez, 15, Skarione, 25, Babel, 39
"Qalatasaray" - "Karabükspor" - 2:1
Sneyder, 41, Sneyder, 83 - Akpala, 52

20 oktyabr
"Trabzonspor" - "Sivasspor" - 0:0
"Qaziantepspor" - "Konyaspor" - 3:3
Tosun, 38, Traore, 53, 59 - Gekas, 35, Aydın, 66, Kabze, 69
"Ərciyəsspor" - "Fənərbaxça" - 1:2
Azofeyfa, 23 - Sou, 9, Emenike, 90
"Antalyaspor" - "Akhisar BS" - 1:0
Vederson,23

21 oktyabr
"Beşiktaş" - "Rizespor" - 0:0
"Bursaspor" - "Kayserispor" - 2:0
Batalla, 90, Ünal, 90+3


1.
Fənərbaxça
8
6
1
1
18:8
19
2.
Beşiktaş
7
5
1
1
12:4
16
3.
Kasımpaşa
8
5
0
3
16:11
15
4.
Rizespor
8
4
2
2
13:9
14
5.
Trabzonspor
8
4
2
2
6:6
14
6.
Əskişəhərspor
8
4
1
3
10:6
13
7.
Akhisar BS
8
4
1
3
10:7
13
8.
Sivasspor
8
4
1
3
14:12
13
9.
Antalyaspor
8
3
3
2
8:6
12
10.
Bursaspor
8
3
2
3
7:9
11
11.
Qalatasaray
7
2
4
1
8:7
10
12.
Konyaspor
8
3
1
4
9:13
10
13.
Karabükspor
8
2
2
4
6:9
8
14.
Qaziantepspor
8
2
2
4
10:14
8
15.
Elazığspor
8
2
1
5
10:20
7
16.
Ərciyəsspor
8
1
3
4
6:10
6
17.
Kayserispor
8
1
2
5
5:12
5
18.
Gənclərbirliyi
8
1
1
6
5:10
4